Bakı. 22 iyun. REPORT.AZ/ Suriyada Bəşşar Əsədə sadiq qüvvələrin helikopterlə paytaxt Dəməşqin ətrafındakı Dareyya rayonunu və Hələb şəhərini bombalaması nəticəsində 14 dinc sakin ölüb, 20 nəfər isə yaralanıb.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Xəbərə görə, ölən və yaralananların arasında qadın və uşaqlar da var.
Dareyyanın 300 minlik əhalisinin çoxu rayonu tərk etdiyindən hazırda orada 10 minə yaxın sakin qalıb.