Benqazidə terror aktlarından sonra məscidlərdə təhlükəsizlik tədbirləri gücləndirilib

Benqazidə terror aktlarından sonra məscidlərdə təhlükəsizlik tədbirləri gücləndirilib Bakı. 12 fevral. REPORT.AZ/ Liviya hökuməti bir sıra terror hücumlarından sonra Benqazi şəhərindəki məscidlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair göstəriş verib.
Digər ölkələr
12 Fevral , 2018 15:38
Benqazidə terror aktlarından sonra məscidlərdə təhlükəsizlik tədbirləri gücləndirilib
Malay Mail Online

Bakı. 12 fevral. REPORT.AZ/ Liviya hökuməti bir sıra terror hücumlarından sonra Benqazi şəhərindəki məscidlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə dair göstəriş verib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə Liviyanın Nümayəndələr Palatasının sədri Akilya Saleh bildirib.

"Kilsələrə, məscidlərə qarşı belə təhlükənin olacağını gözləmirdik. Amma terror aktlarının ardıcıl baş verməsindən sonra məscidlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi qərara alınıb. Güc strukturları təhlükəsizliyi gücləndirəcək və kameralar quraşdırılacaq", - A.Saleh deyib.

Xatırladaq ki, yanvar ayında Liviyanın Benqazi şəhərindəki ən böyük məscidin yaxınlığında ibadət edənlərin məsciddən çıxdığı anda 30 dəqiqə ara ilə iki bomba yüklü avtomobil partladılıb. Nəticədə 40-dan çox adam ölüb, 80 nəfər yaralanıb.

Həmçinin fevralın 9-da terrorçuların hədəfi Benqazidəki məscid olub. Partlayış nəticəsində iki nəfər ölüb, onlarla insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi