Yuxarı

Pakistanda avtobusa silahlı hücum olub, 14 nəfər öldürülüb

Bəlucistanda sərnişinlərə hücum edilib, 14 nəfər öldürülüb

Pakistanda naməlum şəxslərin avtobusa silahlı hücumu nəticəsində azı 14 nəfər ölüb.

“Report” “Geo TV”yə istinadən xəbər verir ki, hadisə aprelin 18-də Pakistanın cənubunda yerləşən Bəlucistan əyalətində yolda baş verib.

Makran şosesində, Karaçı və Qvadar şəhərlərini birləşdirən yolda bir qrup silahlı avtobusu dayandıraraq sərnişinlərdən sənəd tələb ediblər. Silahlılar avtobusdan endirdikləri 14 nəfəri güllələyərək öldürüblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi