Pakistanda avtobusa silahlı hücum olub, 14 nəfər öldürülüb

Pakistanda avtobusa silahlı hücum olub, 14 nəfər öldürülüb Pakistanda naməlum şəxslərin avtobusa silahlı hücumu nəticəsində azı 14 nəfər ölüb.
Digər ölkələr
18 Aprel , 2019 09:33
Pakistanda avtobusa silahlı hücum olub, 14 nəfər öldürülüb
0 : 00
0 : 00

Pakistanda naməlum şəxslərin avtobusa silahlı hücumu nəticəsində azı 14 nəfər ölüb.

“Report” “Geo TV”yə istinadən xəbər verir ki, hadisə aprelin 18-də Pakistanın cənubunda yerləşən Bəlucistan əyalətində yolda baş verib.

Makran şosesində, Karaçı və Qvadar şəhərlərini birləşdirən yolda bir qrup silahlı avtobusu dayandıraraq sərnişinlərdən sənəd tələb ediblər. Silahlılar avtobusdan endirdikləri 14 nəfəri güllələyərək öldürüblər. 

Son xəbərlər

Orphus sistemi