Yuxarı

Belçikanın yeni müdafiə naziri özünü millətçi sayır

Belçikanın yeni müdafiə naziri özünü millətçi sayır
© Газета.Ру

Bakı. 12 noyabr. REPORT.AZ/ Belçikanın yeni müdafiə naziri Sander Lunes özünün andiçmə mərasimində Kral Filipə millətçi olduğunu bildirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, S.Lunes hazırkı hökumət koalisiyasında təmsil olunan sağ radikal millətçi Yeni Flamand Alyansının (NVA – Nieuw Vlaamse Alliantie) üzvüdür.

O, iş otağındakı xərçəng tutan süvari heykəlinin mənası barədə suala cavab verərkən deyib: “Bir millətçi olaraq rəmzlərin əhəmiyyətini başa düşür və rəmzləri seçəndə fərdi mülahizələrə hörmətlə yanaşıram”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi