Belçikanın yeni müdafiə naziri özünü millətçi sayır

Belçikanın yeni müdafiə naziri özünü millətçi sayır Bakı. 12 noyabr. REPORT.AZ/ Belçikanın yeni müdafiə naziri Sander Lunes özünün andiçmə mərasimində Kral Filipə millətçi olduğunu bildirib.
Digər ölkələr
12 Noyabr , 2018 19:31
Belçikanın yeni müdafiə naziri özünü millətçi sayır
Газета.Ру

Bakı. 12 noyabr. REPORT.AZ/ Belçikanın yeni müdafiə naziri Sander Lunes özünün andiçmə mərasimində Kral Filipə millətçi olduğunu bildirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, S.Lunes hazırkı hökumət koalisiyasında təmsil olunan sağ radikal millətçi Yeni Flamand Alyansının (NVA – Nieuw Vlaamse Alliantie) üzvüdür.

O, iş otağındakı xərçəng tutan süvari heykəlinin mənası barədə suala cavab verərkən deyib: “Bir millətçi olaraq rəmzlərin əhəmiyyətini başa düşür və rəmzləri seçəndə fərdi mülahizələrə hörmətlə yanaşıram”.

Son xəbərlər

Orphus sistemi