Bakı. 11 sentyabr. REPORT.AZ/ Belçikada sərnişin qatarı vaqonunun relsdən çıxması nəticəsində 18 sərnişin xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Belçika Milli Dəmir Yolları Cəmiyyətinə istinadən RİA "Novosti" məlumat yayıb.
Altı nəfərin xəsarəti ağır olub.
Şirkətin məlumatına görə, qəza Büizingen yaşayış məntəqəsi vağzalında baş verib. Qatar Sxarbek-Qerardsbergen marşrutu üzrə hərəkət edib və vaqonlarda 300-dən çox sərnişin olub.
Xəsarət almayan sərnişinlər təxliyə olunub. Qəzanın səbəbləri hələ ki, məlum deyil.