​Belçikada qatar relsdən çıxıb, 18 nəfər xəsarət alıb

​Belçikada qatar relsdən çıxıb, 18 nəfər xəsarət alıb Altı nəfərin xəsarəti ağır olub
Digər ölkələr
11 Sentyabr , 2015 02:55
​Belçikada qatar relsdən çıxıb, 18 nəfər xəsarət alıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Belçikada sərnişin qatarı vaqonunun relsdən çıxması nəticəsində 18 sərnişin xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə Belçika Milli Dəmir Yolları Cəmiyyətinə istinadən RİA "Novosti" məlumat yayıb.

Altı nəfərin xəsarəti ağır olub.

Şirkətin məlumatına görə, qəza Büizingen yaşayış məntəqəsi vağzalında baş verib. Qatar Sxarbek-Qerardsbergen marşrutu üzrə hərəkət edib və vaqonlarda 300-dən çox sərnişin olub.

Xəsarət almayan sərnişinlər təxliyə olunub. Qəzanın səbəbləri hələ ki, məlum deyil.

Son xəbərlər

Orphus sistemi