Belçikada kimyəvi zavodda partlayış olub

Belçikada kimyəvi zavodda partlayış olub Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Belçikanın Limburq əyalətindəki Tessenderlo kommunasında yerləşən Vynova kimyəvi zavodunda partlayış baş verib.
Digər ölkələr
4 Oktyabr , 2018 11:31
Belçikada kimyəvi zavodda partlayış olub
Fotoloa

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Belçikanın Limburq əyalətindəki Tessenderlo kommunasında yerləşən "Vynova" kimyəvi zavodunda partlayış baş verib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən məlumat verir.

Yerli KİV-in yazdığına əsasən, ilkin məlumatlara görə, "Vynova"nın işçilərindən heç kim zərər görməyib. Səlahiyyətli şəxslər yaxınlıqdakı yaşayış sahəsinin sakinlərinə evlərin pəncərələrini və qapılarını açmamağı tövsiyə ediblər.

Partlayışın baş verdiyi müəssisənin üzərindən qaz buludu yüksəlir. 

Hadisənin səbəbi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi