Belarusdan Rusiyaya uçan təyyarə quş dəstəsi ilə toqquşaraq geri qayıdıb

Belarusdan Rusiyaya uçan təyyarə quş dəstəsi ilə toqquşaraq geri qayıdıb Qəza 150 metr yüksəklikdə baş verib
Digər ölkələr
20 Mart , 2017 01:53
Belarusdan Rusiyaya uçan təyyarə quş dəstəsi ilə toqquşaraq geri qayıdıb

Bakı. 20 mart. REPORT.AZ/ Belarusun "Belavia" şirkətinə məxsus sərnişin təyyarəsi Minskdən Sankt-Peterburqa (Rusiya) uçarkən quş dəstəsi ilə toqquşub və dərhal geri qayıtmaq məcburiyyətində qalıb.

"Report" xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

"Boeing-737-500" quş dəstəsi ilə təqribən 150 metr yüksəklikdə toqquşub. Hadisədən sonra heyət komandiri hava limanına geri qayıtmaq barədə qərar qəbul edib.

Şirkətin məlumatına görə, təyyarə uğurla eniş edib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Son xəbərlər

Orphus sistemi