Yuxarı
    Bağlamaq

    Belarusdan Rusiyaya uçan təyyarə quş dəstəsi ilə toqquşaraq geri qayıdıb

    Qəza 150 metr yüksəklikdə baş verib

    Bakı. 20 mart. REPORT.AZ/ Belarusun "Belavia" şirkətinə məxsus sərnişin təyyarəsi Minskdən Sankt-Peterburqa (Rusiya) uçarkən quş dəstəsi ilə toqquşub və dərhal geri qayıtmaq məcburiyyətində qalıb.

    "Report" xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.

    "Boeing-737-500" quş dəstəsi ilə təqribən 150 metr yüksəklikdə toqquşub. Hadisədən sonra heyət komandiri hava limanına geri qayıtmaq barədə qərar qəbul edib.

    Şirkətin məlumatına görə, təyyarə uğurla eniş edib. Hadisə nəticəsində heç kim xəsarət almayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi