Bakı. 17 sentyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 55 yaşdan yuxarı əcnəbilər üçün xüsusi beşillik vizalar təqdim edəcək.
"Report" xəbər verir ki, bu barədə BƏƏ-nin "National" nəşri məlumat verib.
Belə vizanı BƏƏ-də ən azı 2 milyon dirhəm (545 min ABŞ dolları) dəyərində daşınmaz əmlakı, ən azı 1 milyon dirhəm (272 min ABŞ dolları) dəyərində əmanəti və ya ayda ən azı 20 min dirhəm (5,45 min ABŞ dolları) daimi gəliri olan əcnəbi vətəndaşlar əldə edəcək.
Yeni qaydalar 2019-cu ildə qüvvəyə minəcək.