Barselonada terror aktında şübhəli bilinənlərin hamısı öldürülüb

Barselonada terror aktında şübhəli bilinənlərin hamısı öldürülüb Söhbət Yunes Abuyaakubedən, Musa Oukabirdən, Səid Aaladan, Məhəmməd Hiçamidən gedir
Digər ölkələr
19 Avqust , 2017 00:07

Bakı. 19 avqust. REPORT.AZ/ Barselonada terror aktında şübhəli bilinən 4 nəfərin hamısı öldürülüb.

“Report” xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" qəzeti xüsusi xidmət orqanındakı mənbəyə istinadən məlumat yayıb. 

Qəzetin verdiyi xəbərə görə, söhbət Yunes Abuyaakubedən, Musa Oukabirdən, Səid Aaladan, Məhəmməd Hiçamidən gedir. "El Pais"in məlumatında qeyd olunur ki, sonuncu 3 nəfər Kambrilsdə baş vermiş terror aktından sonra zərərsizləşdiriliblər.

Qeyd edək ki, terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb. Hadisə zamanı 3 nəfər öldürülüb, 100-dən çox insan xəsarət alıb. Öldürülənlər arasında xarici ölkələrin vətəndaşları da var. 

Son xəbərlər

Orphus sistemi