Barak Obama Liviyaya yönələn İŞİD döyüşçülərinin sayının artdığını bildirib

Barak Obama Liviyaya yönələn İŞİD döyüşçülərinin sayının artdığını bildirib Onlar Liviyaya istiqamətlənirlər.
Digər ölkələr
14 Aprel , 2016 01:54
Barak Obama Liviyaya yönələn İŞİD döyüşçülərinin sayının artdığını bildirib

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Liviyaya yönələn İŞİD döyüşçülərinin sayının çoxaldığını bəyan edib.

"Report" xəbər verir ki, bu barədə Obama Vaşinqtondakı çıxışında danışıb.

"Biz müttəfiqlərimizlə terrorçuların Suriyaya və İraqa girməsini məhdudlaşdırdıq. Amma İŞİD döyüşçülərinin sayının artdığını görürük. Onlar Liviyaya istiqamətlənirlər. 

İŞİD-i Liviyadan çıxarmaq üçün arsenalımızdakı bütün vasitələrdən istifadəni davam etdirəcəyik. Biz Liviyanın öz ölkəsinin təhlükəsizliyi üzərində işləyən hökumətinə kömək edirik" - deyə ABŞ prezidenti bildirib.

Obama əlavə edib ki, ABŞ və digər ölkələrin kəşfiyyatı bir çox terrorçunun Avropa ölkələrinə daxil olmasının qarşısını alıb.  

Son xəbərlər

Orphus sistemi