Yuxarı

Barak Obama Liviyaya yönələn İŞİD döyüşçülərinin sayının artdığını bildirib

Onlar Liviyaya istiqamətlənirlər.

Bakı. 14 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Liviyaya yönələn İŞİD döyüşçülərinin sayının çoxaldığını bəyan edib.

"Report" xəbər verir ki, bu barədə Obama Vaşinqtondakı çıxışında danışıb.

"Biz müttəfiqlərimizlə terrorçuların Suriyaya və İraqa girməsini məhdudlaşdırdıq. Amma İŞİD döyüşçülərinin sayının artdığını görürük. Onlar Liviyaya istiqamətlənirlər. 

İŞİD-i Liviyadan çıxarmaq üçün arsenalımızdakı bütün vasitələrdən istifadəni davam etdirəcəyik. Biz Liviyanın öz ölkəsinin təhlükəsizliyi üzərində işləyən hökumətinə kömək edirik" - deyə ABŞ prezidenti bildirib.

Obama əlavə edib ki, ABŞ və digər ölkələrin kəşfiyyatı bir çox terrorçunun Avropa ölkələrinə daxil olmasının qarşısını alıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi