Yuxarı

Banqladeşdə məsciddə partlayış olub: 1 ölü, 100-dən çox yaralı

Banqladeşdə məsciddə partlayış olub: 1 ölü, 100-dən çox yaralı
Məscidin içinə partlayıcı qurğu atan naməlum şəxslər 12 yaşlı uşağın ölümünə səbəb olub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Banqladeşin paytaxtı Dakka şəhərində məsçidlərin birində Aşura günü ilə bağlı toplaşan minlərlə şiə müsəlmanı terrorçuların hədəfinə çevrilib. 

"Report" un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, "Hussani Dalan" məscidinin daxilinə partlayıcı qurğu atan naməlum şəxslər 12 yaşlı uşağın ölümünə səbəb olublar. İnsident nəticəsində yüzdən çox müsəlman yaralanıb.

Terror aktına görə məsuliyyəti hələlik heç bir terror təşkilatı üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi