Banqladeşdə məsciddə partlayış olub: 1 ölü, 100-dən çox yaralı

Banqladeşdə məsciddə partlayış olub: 1 ölü, 100-dən çox yaralı Məscidin içinə partlayıcı qurğu atan naməlum şəxslər 12 yaşlı uşağın ölümünə səbəb olub
Digər ölkələr
24 Oktyabr , 2015 07:52
Banqladeşdə məsciddə partlayış olub: 1 ölü, 100-dən çox yaralı

Bakı. 24 oktyabr. REPORT.AZ/ Banqladeşin paytaxtı Dakka şəhərində məsçidlərin birində Aşura günü ilə bağlı toplaşan minlərlə şiə müsəlmanı terrorçuların hədəfinə çevrilib. 

"Report" un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, "Hussani Dalan" məscidinin daxilinə partlayıcı qurğu atan naməlum şəxslər 12 yaşlı uşağın ölümünə səbəb olublar. İnsident nəticəsində yüzdən çox müsəlman yaralanıb.

Terror aktına görə məsuliyyəti hələlik heç bir terror təşkilatı üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi