Yuxarı

Baltik dənizində içində 22 nəfərin olduğu yük gəmisi batmaq təhlükəsi ilə üzləşib

Baltik dənizində içində 22 nəfərin olduğu yük gəmisi batmaq təhlükəsi ilə üzləşib

Bakı. 8 mart. REPORT.AZ/ Baltik dənizində, İsveçin Qotland adası yaxınlığında yük gəmisi qəza siqnalı verib.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Məlumata görə, Finlandiyanın buzqıran "Nordica" gəmisi, xilasedici vertolyotu və sahil mühafizəsinin patrul gəmisi Peterburq istiqamətində üzən yük gəmisinə yaxınlaşıblar. Mənbə bildirib ki, hadisə zamanı gəminin içində 22 nəfər olub. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Gəmi Peterburq istiqamətində, Panama bayrağı ilə üzürmüş. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi