Baltik dənizində içində 22 nəfərin olduğu yük gəmisi batmaq təhlükəsi ilə üzləşib

Baltik dənizində içində 22 nəfərin olduğu yük gəmisi batmaq təhlükəsi ilə üzləşib Bakı. 8 mart. REPORT.AZ/ Baltik dənizində, İsveçin Qotland adası yaxınlığında yük gəmisi qəza siqnalı verib.
Digər ölkələr
8 Mart , 2018 21:16
Baltik dənizində içində 22 nəfərin olduğu yük gəmisi batmaq təhlükəsi ilə üzləşib

Bakı. 8 mart. REPORT.AZ/ Baltik dənizində, İsveçin Qotland adası yaxınlığında yük gəmisi qəza siqnalı verib.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Məlumata görə, Finlandiyanın buzqıran "Nordica" gəmisi, xilasedici vertolyotu və sahil mühafizəsinin patrul gəmisi Peterburq istiqamətində üzən yük gəmisinə yaxınlaşıblar. Mənbə bildirib ki, hadisə zamanı gəminin içində 22 nəfər olub. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Gəmi Peterburq istiqamətində, Panama bayrağı ilə üzürmüş. 

Son xəbərlər

Orphus sistemi