Bağdadda partlayış: 6 ölü, 10 yaralı

Bağdadda partlayış: 6 ölü, 10 yaralı Bir gün əvvəl polis əməkdaşları şübhəli avtomobil aşkar edərək onu polis bölməsinin yanına aparıblar
Digər ölkələr
28 Avqust , 2015 16:19
Bağdadda partlayış: 6 ölü, 10 yaralı

Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün İraq paytaxtında polis bölməsinə məxsus dayanacaqda minalanmış avtomobil partlayıb, nəticədə 6 polis həlak olub, daha on nəfər yaralanıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Yerli polis və səhiyyə işçilərinin məlumatına görə, partlayış Bağdadın cənub-şərqində baş verib. Bir gün əvvəl polis əməkdaşları şübhəli avtomobil aşkar edərək, onu polis bölməsinin yanına aparıblar. Avtomobildə partlayıcı quraşdırılıbmış. Bu gün avtomobilin minadan təmizlənməsi üzrə əməliyyat zamanı partlayış baş verib. 

Ölənlər arasında 3 istehkamçı da olub. 

Son xəbərlər

Orphus sistemi