Nepalda avtobus 400 metrdən dərəyə aşıb, 16 nəfər ölüb

Nepalda avtobus 400 metrdən dərəyə aşıb, 16 nəfər ölüb Bakı. 22 dekabr. REPORT.AZ/ Nepalın Danq rayonunda avtobusun dərəyə yuvarlanması nəticəsində azı 16 nəfər ölüb, 12-si xəsarət alıb.
Digər ölkələr
22 Dekabr , 2018 01:34
Nepalda avtobus 400 metrdən dərəyə aşıb, 16 nəfər ölüb

Bakı. 22 dekabr. REPORT.AZ/ Nepalın Danq rayonunda avtobusun dərəyə yuvarlanması nəticəsində azı 16 nəfər ölüb, 12-si xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Himalayan Times" nəşri yazıb.

Bildirilir ki, avtobus dərəyə 400 metr yüksəklikdən düşüb. Qəza zamanı ölənlər botanika bağına ekskursiyaya gedən tələbə və müəllimlər olublar.

Qeyd olunur ki, 12 nəfərin həyatını xilas etmək mümkün olub və onlar xəstəxanalara yerləşdiriliblər.

Daha əvvəl Hindistanın Cammu və Kəşmir ştatında avtobus aşıb.

Son xəbərlər

Orphus sistemi