Bakı. 22 dekabr. REPORT.AZ/ Nepalın Danq rayonunda avtobusun dərəyə yuvarlanması nəticəsində azı 16 nəfər ölüb, 12-si xəsarət alıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Himalayan Times" nəşri yazıb.
Bildirilir ki, avtobus dərəyə 400 metr yüksəklikdən düşüb. Qəza zamanı ölənlər botanika bağına ekskursiyaya gedən tələbə və müəllimlər olublar.
Qeyd olunur ki, 12 nəfərin həyatını xilas etmək mümkün olub və onlar xəstəxanalara yerləşdiriliblər.
Daha əvvəl Hindistanın Cammu və Kəşmir ştatında avtobus aşıb.