Yuxarı

Avstriyada zavodda partlayış olub, ölən və yaralanan var

​Avstriyada zavodda partlayış olub, ölən və yaralanan var

Bakı. 6 mart. REPORT.AZ/ Avstriyada silah zavodunda partlayış olub.

"Report" xəbər verir ki, bu barədə APA məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 1 nəfər həlak olub. Partlayış zamanı həmçinin daha 1 nəfər ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, yaralının vəziyyəti sabitdir.

Məlumata görə, hadisə yaxınlıqdakı ərazidə yaşayan insanlar üçün təhlükə yaratmayıb.

Polis partlayışın səbəbini və başvermə şəraitini araşdırır. 

Avstriyanın paytaxtı Vyana şəhərində “Fiqlmüller” restoranında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 1 nəfər də yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi