Avropa Terror Analiz Mərkəzi: Avropadan 7 min nəfər Suriya və İraqa döyüşməyə gedib

Avropa Terror Analiz Mərkəzi: Avropadan 7 min nəfər Suriya və İraqa döyüşməyə gedib Müharibəyə gedənlərin sayına görə birinci yerdə Fransa qərarlaşıb
Digər ölkələr
4 Oktyabr , 2016 00:28
Avropa Terror Analiz Mərkəzi: Avropadan 7 min nəfər Suriya və İraqa döyüşməyə gedib

Bakı. 4 oktyabr. REPORT.AZ/ 2013-cü ildən indiyə kimi Avropa ölkələrindən 7 min nəfər Suriya və İraqa döyüşməyə gedib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Terror Analiz Mərkəzinin yaydığı açıqlamada bildirilir.

Mərkəzin məlumatına görə, onlardan 500 nəfəri Avropaya qayıdıb. Müharibəyə gedən avropalıların 70 faizini Fransa, İngiltərə, Almaniya vətəndaşları və ya bu ölkələrdə yaşayan əcnəbilər təşkil edir. Avropadan Suriya və İraqa savaşmağa gedənlərin sayına görə Fransa 2183 nəfərlə birinci yerdə qərarlaşıb.

İngiltərədən bu ölkələrə 700, Almanyadan 870, Belçikadan 614, İsveçdən 300 nəfər gedib.

Məlumatda həmçinin bildirilir ki, Avstriyadan 278, Hollaniyadan 260 nəfərin savaşmaq üçün İraq və Suriyaya gedib. Fransadan hələ də 700 nəfər Suriya və İraqda döyüşür. 

Son xəbərlər

Orphus sistemi