Yuxarı

Avropa Parlamentinə prezident seçkisinin tarixi məlum olub

Avropa Parlamentinə prezident seçkisinin tarixi məlum olub
Dekabrda prezidentliyə namizədlərin irəli sürülməsi başa çatacaq

Bakı. 28 noyabr. REPORT.AZ/ Avropa Parlamenti prezidenti vəzifəsinə yeni seçki 2017-ci il yanvarın 17-də keçiriləcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Parlamentindən bildirilib.

Məlumata görə, Avroparlamentin hazırkı prezidenti Martin Şults noyabrın 24-də istefa verəcəyini və Almaniyada parlament seçiklərinə qatılacağını bildirmişdi. Onun Almaniya Sosial-Demokrat Partiyasının seçki siyahısında birinci olacağı vurğulanıb.

Xəbərdə bildirilib ki, cari ilin dekabrında Avropa Parlamentinin prezidentliyinə namizədlərin irəli sürülməsi başa çatacaq. Hazırda prezidentliyə 10 potensial namizədin adı hallanır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi