Avropa İttifaqının müdafiə üzrə Baş Direktorluğunun yaradılması təklif edilib

Avropa İttifaqının müdafiə üzrə Baş Direktorluğunun yaradılması təklif edilib Parlament üzvləri: “ABŞ və Böyük Britaniyanın hərbi əməkdaşlıq məsələsində Aİ-yə münasibətdəki strategiyada aydınlıq yoxdur”
Digər ölkələr
11 Avqust , 2017 09:47
Avropa İttifaqının müdafiə üzrə Baş Direktorluğunun yaradılması təklif edilib

Bakı. 11 avqust. REPORT.AZ/ Avropa Parlamentində Avropa İttifaqının müdafiə üzrə Baş Direktorluğunun yaradılması təklif edilib.

“Report” RT-yə istinadən xəbər verir ki, bu təkliflə Avropa Parlamentinin üzvləri çıxış ediblər.

Deputatlar qeyd ediblər ki, əgər belə bir qurum yaradılsa, Avropanın təhlükəsizliyi təmin edilər. 

Parlament üzvləri bildiriblər ki, təhlükəsizlik sahəsində strateji müttəfqiləri olan ABŞ və Böyük Britaniya öz xarici siyasi kursu ilə məşğul olduqlarından, hərbi əməkdaşlıq məsələsində Avropa İttifaqına münasibətdə tutacaqları strategiya aydın deyil: “Avropa İttifaqı bölgədə təhlükəsizlik sahəsində fəallığını artırmaqla səy göstərməli, eləcə də Avropanın Müdafiə Birliyini yaratmaqla NATO-ya etibarlı dayaq ola bilər”.

Qeyd edilib ki, Avropa İttifaqının Baş Direktorluğu texnika, silahla təmin olunacaq, habelə hərbi sahədə standartlaşma və sertifikalaşma keçirəcək.

Son xəbərlər

Orphus sistemi