Yuxarı

Avropa İttifaqı Yunanıstanda meşə yanğınlarında ölənlərin xatirəsinə matəm elan edib

Avropa İttifaqı Yunanıstanda meşə yanğınlarında ölənlərin xatirəsinə matəm elan edib
© AP Photo/Thanassis Stavrakis

Bakı. 25 iyul. REPORT.AZ/ Avropa İttifaqı Yunanıstanda baş verən meşə yanğınlarında çoxlu sayda insanın ölməsinə görə matəm elan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, Avropa təşkilatlarının iqamətgahları önündə bayraqlar endirilib.

Avropa Parlamenti də bənzər qərar qəbul edib.

Qeyd edək ki, Yunanıstanda baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb, daha 187 nəfər, o cümlədən 23 uşaq xəsarət alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi