Yuxarı

Avropa İttifaqı Şimali Koreyaya qarşı sanksiyalarını sərtləşdirib

Avropa İttifaqı Şimali Koreyaya qarşı sanksiyalarını sərtləşdirib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Şimali Koreyaya qarşı sanksiyalarını bir daha sərtləşdirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi dərgisində qeyd olunur.

Bildirilir ki, oktyabrın 16-da BMT Təhlükəsizlik Şurasının komitəsi tərəfindən beynəlxalq limanlara girişi qadağan olunan üç ticarət gəmisi müəyyənləşdirilib: "Bu qərarla əlaqədar Aİ-nin sanksiya siyahısı müvafiq olaraq tamamlanmalıdır”.

Qərarın əlavəsində BMT tərəfindən tətbiq olunan məhdudlaşdırıcı rejimi pozaraq neft daşımalarını həyata keçirən Şimali Koreyaya məxsus üç gəmi barədə məlumat verilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi