Yuxarı

Avropa İttifaqı rəsmi olaraq müdafiə əməkdaşlığını başladıb

Avropa İttifaqı rəsmi olaraq müdafiə əməkdaşlığını başladıb
Aİ Şurası müdafiə və təhlükəsizlik sahəsində daimi strukturlaşdırılmış əməkdaşlığın başladılması haqqında sənədi təsdiq edib
© Sputnik/ Алексеј Витвицки

Bakı. 11 dekabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) bu gün müdafiə və təhlükəsizlik sahəsində daimi strukturlaşdırılmış əməkdaşlığın (PESCO) başladılması haqqında sənədi rəsmi olaraq təsdiq edib, əməkdaşlıq layihələrinin siyahısı 2018-ci ilin əvvəlində təsdiq olunacaq.

"Report" xəbər verir ki, bu barədə Aİ Şurasının məlumatında deyilir.

PESCO müdafiə və təhlükəsizlik sahəsində birgə qüvvələr və vəsaitləri işləyib hazırlamağa və əməliyyatlar keçirməyə imkan verir.

Qərarda iştirakçı ölkələrin siyahısı, bu ölkələrin məqsədləri və birgə öhdəlikləri, o cümlədən razılaşdırılmış məqsədlərə nail olmaq üçün müdafiə büdcələrinin müntəzəm surətdə artırılması əksini tapıb.

Qeyd edək ki, noyabr ayında Aİ üzvü olan 23 ölkə, o cümlədən NATO üzvü olmayan Avstriya, Kipr, Finlandiya və İsveç Aİ-ni PESCO-nun həyata keçirilməsi ilə bağlı niyyətləri barədə rəsmi şəkildə xəbərdar edib. Ardından daha iki ölkə onlara qoşulub. Yalnız Böyük Britaniya, Danimarka və Malta PESCO-da iştirak etmək istəyində olmadığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi