Yuxarı

Texasda atışma zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb - VİDEO - FOTO

Bakı. 18 fevral. REPORT.AZ/ ABŞ-ın Texas ştatında, Henderson şəhərində silahlı insident olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə kilsə yaxınlığında qeydə alınıb.

Belə ki, atışma zamanı 1 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Əraziyə fövqəladə xidmətlərin əməkdaşları cəlb edilib.

Məlumata görə, silahlı insidenti törədən şəxs tapılmayıb. Hadisənin təfərrüatları açıqlanmır.

Daha əvvəl Yeni Orleanda silahlı insident nəticəsində azı 5 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi