ABŞ-da atışma olub, xəsarət alanlar var - VİDEO

ABŞ-da atışma olub, xəsarət alanlar var - VİDEO Bakı. 18 fevral. REPORT.AZ/ ABŞ-da atışma olub.
Digər ölkələr
18 Fevral , 2019 06:51
ABŞ-da atışma olub, xəsarət alanlar var - VİDEO

Bakı. 18 fevral. REPORT.AZ/ ABŞ-da atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Breaking 911" məlumat yayıb.

Məlumata görə, hadisə Yeni Orleanda baş verib. Silahlı insident nəticəsində azı 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Hüquq-mühafizə orqanları hadisənin baş verdiyi ərazini əhatəyə alıb. İnsidentin başvermə şəraiti dəqiqləşdirilir. 

Daha əvvəl ABŞ-ın İllinoys ştatının Avrora şəhərində baş verən atışmada 5 nəfər ölüb, daha 6 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi