Bakı. 18 fevral. REPORT.AZ/ ABŞ-ın Texas ştatında, Henderson şəhərində silahlı insident olub.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə kilsə yaxınlığında qeydə alınıb.
Belə ki, atışma zamanı 1 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Əraziyə fövqəladə xidmətlərin əməkdaşları cəlb edilib.
Məlumata görə, silahlı insidenti törədən şəxs tapılmayıb. Hadisənin təfərrüatları açıqlanmır.
Daha əvvəl Yeni Orleanda silahlı insident nəticəsində azı 5 nəfər yaralanıb.
