"Associated Press": Meksika prezidenti ABŞ-a səfərini ləğv edə bilər

"Associated Press": Meksika prezidenti ABŞ-a səfərini ləğv edə bilər Qeyd edilir ki, bu qərarın qəbulu o qədər də uzaqda deyil
Digər ölkələr
26 Yanvar , 2017 05:36
Associated Press: Meksika prezidenti ABŞ-a səfərini ləğv edə bilər

Bakı. 26 yanvar. REPORT.AZ/ Meksika prezidenti Enriki Penya Neto ABŞ-ın dövlət başçısı Donald Trampın iki ölkənin sərhədində divarın inşası qərarından sonra Birləşmiş Ştatlara yanvarın 31-ə planlaşdırılan rəsmi səfərini ləğv edə bilər.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" yüksəkvəzifəli məmura istinadən məlumat yayıb.

"Meksika prezidenti Donald Trampın divarlar inşa etmək göstərişindən sonra Vaşinqtona səfərini ləğv etmək barədə düşünür" - deyə o bildirib.

Qeyd edilir ki, bu qərarın qəbulu o qədər də uzaqda deyil.

Qeyd edək ki, Donald Tramp ötən gün ABŞ-ın və Meksikanın sərhədində divarın tikintisi üçün Meksika pul ödəyəcəyini bildirib. Onun sözlərinə görə, tikinti yaxın vaxtlarda başlayacaq.

Son xəbərlər

Orphus sistemi