Yuxarı

​Aralıq dənizində 650 miqrantı daşıyan gəmi qəzaya uğrayıb

​Aralıq dənizində 650 miqrantı daşıyan gəmi qəzaya uğrayıb
Malta və İtaliyanın hərbi gəmiləri xilasetmə işlərinə başlayıb

Bakı. 19 aprel. REPORT.AZ/ Malta Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, İtaliyanın Lampeduza adası sularında iri miqyaslı xilasetmə işləri aparılır.

"Report" BBC-yə istinadən xəbər verir ki, Malta və İtaliyanın hərbi gəmiləri sözügedən ərazidə göyərtəsində 650 miqrantın olduğu gəminin qəzaya uğradığı barədə məlumat aldıqdan sonra xilasetmə işlərinə başlayıb.

Hadisənin Lampeduzadan təqribən 200 km aralıda baş verdiyi bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi