Bakı. 19 aprel. REPORT.AZ/ Malta Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, İtaliyanın Lampeduza adası sularında iri miqyaslı xilasetmə işləri aparılır.
"Report" BBC-yə istinadən xəbər verir ki, Malta və İtaliyanın hərbi gəmiləri sözügedən ərazidə göyərtəsində 650 miqrantın olduğu gəminin qəzaya uğradığı barədə məlumat aldıqdan sonra xilasetmə işlərinə başlayıb.
Hadisənin Lampeduzadan təqribən 200 km aralıda baş verdiyi bildirilir.