Bakı. 9 dekabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel gələn ilin yazında Gürcüstana səfər edəcək. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu məsələ Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Almaniya xarici işlər nazirinin Frank-Valter Ştaynmayerin bu gün Tbilisidə keçirilən görüşündə müzakirə olunub.
Gürcüstan baş nazirinin mətbuat xidmətindən bildiriblər ki, Almaniya kanslerinin 2015-ci ilin yazında Gürcüstana gözlənilən səfəri İ.Qaribaşvili və F.Ştaynmayerin görüşündə müzakirə olunub.
Gürcüstanın baş naziri və Almaniya XİN rəhbəri i həmçinin iki ölkənin əməkdaşlıq məsələlərini müzakirə ediblər, siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsinin zəruri olduğunu vurğulayıblar.