Angela Merkel yazda Gürcüstana səfər edəcək

Angela Merkel yazda Gürcüstana səfər edəcək Bu məsələ Gürcüstanın baş naziri və Almaniya xarici işlər nazirinin Tbilisidə keçirilən görüşündə müzakirə olunub
Digər ölkələr
9 Dekabr , 2014 16:05
Angela Merkel yazda Gürcüstana səfər edəcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel gələn ilin yazında Gürcüstana səfər edəcək. "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu məsələ Gürcüstanın baş naziri İrakli Qaribaşvili  və Almaniya xarici işlər nazirinin Frank-Valter Ştaynmayerin bu gün Tbilisidə keçirilən görüşündə müzakirə olunub.

Gürcüstan baş nazirinin mətbuat xidmətindən bildiriblər ki, Almaniya kanslerinin 2015-ci ilin yazında Gürcüstana gözlənilən səfəri İ.Qaribaşvili və F.Ştaynmayerin görüşündə müzakirə olunub.

Gürcüstanın baş naziri və Almaniya XİN rəhbəri i həmçinin iki ölkənin əməkdaşlıq məsələlərini müzakirə ediblər, siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsinin zəruri olduğunu vurğulayıblar. 

Son xəbərlər

Orphus sistemi