Amerikanın desant gəmisi Qara dənizə daxil olub

Amerikanın desant gəmisi Qara dənizə daxil olub Bakı. 18 avqust. REPORT.AZ/ Amerikanın sürətli desant gəmisi Carson City Qara dənizə daxil olub.
Digər ölkələr
18 Avqust , 2018 00:38
Amerikanın desant gəmisi Qara dənizə daxil olub

Bakı. 18 avqust. REPORT.AZ/ Amerikanın sürətli desant gəmisi "Carson City" Qara dənizə daxil olub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı donanmasının mətbuat xidməti məlumat yayıb.

Gəmi Bosfor boğazını çərşənbə günü keçib və bölgədə hərbçi və texnika daşınması üzrə cari əməliyyatların həyata keçirilməsi üçün Qara dənizə doğru istiqamətlənib.

"Carson City" itiyeriyən "Spearhead" tipli 9 desant gəmisindən biridir. Onun uzunluğu 100 metrdən çoxdur, sürəti isə saatda 43 dəniz milinə çatır. O, 312-yə yaxın hərbçi daşımaq iqtidarındadır, bundan əlavə vertolyot meydançası ilə təchiz edilib.

Son xəbərlər

Orphus sistemi