Yuxarı

Almaniyanın XİN başçısı Səudiyyə Ərəbistanına səfərini təxirə salıb

Almaniyanın XİN başçısı Səudiyyə Ərəbistanına səfərini təxirə salıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Hayko Maas itkin düşmüş jurnalist Camal Qaşıqçı ilə bağlı vəziyyətlə əlaqədar Səudiyyə Ərəbistanına səfərini təxirə salıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən məlumat verir.

"Səfər planlarına gəlincə, Səudiyyə Ərəbistanı ilə dialoq çərçivəsində bunu, həqiqətən, nəzərdə tuturduq. İndi isə yenidən gözləyəcəyik", - H.Maas deyib.

O qeyd edib ki, Berlin Ər-Riyadın C.Qaşıqçı ilə bağlı bəyanatını gözləmək və bundan sonra Səudiyyə Ərəbistanına səfərin hazırkı məqamda, həqiqətən, mənalı olub-olmadığına dair qərar vermək niyyətindədir.

2017-ci ildən ABŞ-da yaşayan və Birləşmiş Ştatlarda işıq üzü görən "The Washington Post" qəzetinin icmalçısı olan C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna girdikdən sonra itkin düşüb.

Qeyd edək ki, daha əvvəl Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard Səudiyyə Ərəbistanına da səfər etməyi planlaşdırdığı Yaxın Şərq turnesini ləğv edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi