Yuxarı

Almaniyada polis vertolyotu qəzaya uğrayıb, iki nəfər ölüb

Almaniyada polis vertolyotu qəzaya uğrayıb, iki nəfər ölüb
Eurocopter 135 helikopteri oyun gedən futbol meydançasının yaxınlığında qəzaya uğrayıb

Bakı. 26 fevral. REPORT.AZ/ Almaniyada Hamburq şəhəri yaxınlığında, Şlezviq-Holşteyn federal ərazisində polis vertolyotunun qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

"Report" DPA-ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, "Eurocopter 135" helikopteri oyun gedən futbol meydançasının yaxınlığında qəzaya uğrayıb. Göyərtədə 3 ekipaj üzvü olub. Onlardan ikisi dünyasını dəyişib, biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi