Almaniyada polis vertolyotu qəzaya uğrayıb, iki nəfər ölüb

Almaniyada polis vertolyotu qəzaya uğrayıb, iki nəfər ölüb "Eurocopter 135" helikopteri oyun gedən futbol meydançasının yaxınlığında qəzaya uğrayıb
Digər ölkələr
26 Fevral , 2016 14:27
Almaniyada polis vertolyotu qəzaya uğrayıb, iki nəfər ölüb

Bakı. 26 fevral. REPORT.AZ/ Almaniyada Hamburq şəhəri yaxınlığında, Şlezviq-Holşteyn federal ərazisində polis vertolyotunun qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

"Report" DPA-ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, "Eurocopter 135" helikopteri oyun gedən futbol meydançasının yaxınlığında qəzaya uğrayıb. Göyərtədə 3 ekipaj üzvü olub. Onlardan ikisi dünyasını dəyişib, biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi