Almaniyada ötən sutkada 1 478 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.
Almaniyada qeydə alınan yoluxma hallarının sayı 159 119-a yüksəlib.
Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 173 nəfər artaraq 6 288-ə çatıb. Ölkədə sağalanların ümumi sayı isə 123 500-ü ötüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 220 000-i ötüb. Bunların 1 001 072 nəfəri sağalıb, 228 251 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.