Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb

Almaniyada keçirilən parlament seçkiləri üzrə "exit-poll" nəticələri açıqlanıb Nəticəyə görə, Bundestaqa 6 partiya keçir
Digər ölkələr
25 Sentyabr , 2017 02:15
Almaniyada keçirilən parlament seçkiləri üzrə exit-poll nəticələri açıqlanıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiya alyansı 32,5% səs çoxluğu ilə parlament seçkilərində qalib gəlir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ARD ictimai-hüquq telekanalının apardığı "exit poll"un nəticələri deməyə əsas verir.

Martin Şultsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyası seçkilərdə 20 faiz səs toplamaqdadır.

Həmçinin siyahıda 13,5% səslə üçüncü yerdə qərarlaşan "Almaniya üçün Alernativ" sağçı partiyası ilk dəfə olaraq Bundestaqa daxil olmaq üzrədir.

"Exit poll"un nəticələrinə görə, parlamentə ümumilikdə 6 partiya keçir.

Son xəbərlər

Orphus sistemi