Almaniya uçuşların təhlükəsizliyi baxımından Avropada ən pis ölkələrdən biridir

Almaniya uçuşların təhlükəsizliyi baxımından Avropada ən pis ölkələrdən biridir EASA: Almaniyada ekipaj üzvlərinin təlim normaları və onların iş vaxtına olan məhdudiyyətlər pozulur
Digər ölkələr
25 Aprel , 2016 10:31
Almaniya uçuşların təhlükəsizliyi baxımından Avropada ən pis ölkələrdən biridir

Bakı. 25 aprel. REPORT.AZ/ Almaniya uçuşların təhlükəsizliyi baxımından Avropada ən pis ölkələrdən biri kimi tanınır. "Report" xəbər verir ki, bu barədə Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) "The Wall Street Journal" nəşrində dərc edilən hesabatında məlumat verilib.

Qeyd olunub ki, almaniyalı tənzimləyicilər 15-dən çox əsas sahədə Avropa İttifaqının uçuşla bağlı təhlükəsizlik qaydalarına əməl olunmasını dəstəkləmək və ya təmin etmək iqtidarında deyil. Eyni zamanda Albaniya, Bosniya və Herseqovina və Slovakiya kimi daha kasıb ölkələrin EASA-nın təlimatlarını daha yaxşı həyata keçirdiyi bildirilib.

Həmçinin, EASA Almaniyada ekipaj üzvlərinin təlim normaları və onların iş vaxtına olan məhdudiyyətlərin pozulduğunu xəbər verib. Qeyd edilib ki, 2011-ci ildə Almaniya uçuşlarda təhlükəsizliyi təmin etmək normalarını yerinə yetirməməsiylə əlaqədar agentlik tərəfindən xəbərdarlıq alıb.

Son xəbərlər

Orphus sistemi