Almaniya müdafiə nazirinin hicab geyməkdən imtina etməsi Səudiyyə Ərəbistanında narazılığa səbəb olub

Almaniya müdafiə nazirinin hicab geyməkdən imtina etməsi Səudiyyə Ərəbistanında narazılığa səbəb olub Ursula fon der Lyayen bu ölkəyə səfəri zamanı başını örtməkdən imtina edib
Digər ölkələr
14 Dekabr , 2016 11:34
Almaniya müdafiə nazirinin hicab geyməkdən imtina etməsi Səudiyyə Ərəbistanında narazılığa səbəb olub

Bakı. 14 dekabr. REPORT.AZ/ Almaniyanın müdafiə naziri Ursula fon der Lyayenin Səudiyyə Ərəbistanına səfəri zamanı hicab və əba geyməkdən imtina etməsi bu ölkədə narazılıqla qarşılanıb.

"Report" "Ifpnews" portalına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanında almaniyalı nazirin bu yolla ənənələrə hörmətsizlik etdiyi vurğulanır. "Al Bawaba"nın məlumatına görə, bir sıra səudiyyəlilər sosial şəbəkələrdə bu addımı pisləyiblər.

Ursula fon der Lyayen isə Səudiyyə Ərəbistanının adət və ənənələrinə hörmət etdiyini, ancaq nə geyinəcəyinə qərar verməyin həm kişilərin, həm də qadınların ümumi hüququ olduğuna görə, nümayəndə heyətindəki heç bir qadına zorla hicab və ya əba geyindirməyəcəyini bildirib.

Qeyd edək ki, Ursula fon der Lyayen Səudiyyə Ərəbistanına gələrkən yerli adət-ənənə və qaydalara uyğun olaraq başını bağlamaqdan imtina edən ilk qadın deyil. Daha əvvəl ABŞ-ın birinci xanımı Mişel Obama da bu ölkəyə səfəri zamanı ictimaiyyət arasına başı açıq çıxaraq bənzər narazılıq yaratmışdı.

Son xəbərlər

Orphus sistemi