Aİ komissarı Ukrayna və Gürcüstan üçün mümkün viza ləğvini şərh edib

Aİ komissarı Ukrayna və Gürcüstan üçün mümkün viza ləğvini şərh edib Yohannes Han: "Bunun üçün siyasi həll lazımdır, lakin Kiyev və Tbilisi öz üzərinə düşən işi artıq edib"
Digər ölkələr
4 May , 2016 09:24
Aİ komissarı Ukrayna və Gürcüstan üçün mümkün viza ləğvini şərh edib

Bakı. 4 may. REPORT.AZ/ Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Ukrayna və Gürcüstan vətəndaşlarının, eləcə də Kosova sakinlərinin artıq 2016-cı ildə Aİ-də vizasız hərəkət edə biləcəyinə ümid etdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə Y.Han "Azadlıq" radiostansiyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, bunun üçün siyasi həll lazımdır, lakin Kiyev və Tbilisi öz üzərinə düşən işi artıq edib.

Y.Han Gürcüstan və Ukraynanın artıq vizasız rejimin qurulması üçün tövsiyələr aldığını xatırladıb. "Hesab edirəm ki, ən azı 3 ölkəyə, bəlkə də Türkiyəyə qarşı birgə münasibət olmalıdır", deyə Aİ-nin komissarı bildirib.

Son xəbərlər

Orphus sistemi