Yuxarı

Ağ Ev Trampın impiçmenti prosedurunda demokratlarla əməkdaşlıq etməyəcək

​Ağ Ev Trampın impiçmenti prosedurunda demokratlarla əməkdaşlıq etməyə

Ağ Ev demokratlara ABŞ Konqresində prezident Donald Trampın impiçmenti proseduru çərçivəsində onlarla əməkdaşlıq etməyəcəyi barədə xəbərdarlıq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.

Ağ Evdən bildirilib ki, ABŞ Konqresində demokratlar tərəfindən Trampın impiçmenti təşəbbüsü konstitusiya əsaslarına malik deyil.

Ağ Ev hesab edir ki, ABŞ Konqresində demokratlar tərəfindən Trampın impiçmenti proseduru təşəbbüsü 2016-cı il seçkilərinin nəticələrini ləğv etmək cəhdidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi