Ağ Ev bəzi xarici ölkələrə hərbi yardım proqramını kreditlərlə əvəzləmək niyyətindədir

Ağ Ev bəzi xarici ölkələrə hərbi yardım proqramını kreditlərlə əvəzləmək niyyətindədir Dəyişikliyin Ukrayna, Filippin, Pakistan, Tunis, Livan, Kolumbiya və Vyetnam kimi ölkələrə təsir edəcəyi gözlənilir
Digər ölkələr
23 May , 2017 14:14
Ağ Ev bəzi xarici ölkələrə hərbi yardım proqramını kreditlərlə əvəzləmək niyyətindədir
Report.az

Bakı. 23 may. REPORT.AZ/ ABŞ-ın yeni büdcə layihəsində bir sıra xarici ölkələrə əvəzsiz hərbi yardım proqramlarının kreditlərin verilməsi ilə əvəzlənməsi nəzərdə tutulub.

"Report" xəbər verir ki, bu barədə ABŞ administrasiyasının inzibati-büdcə idarəsinin direktoru Mik Malveyni bildirib.

Vaşinqtonun hərbi əməkdaşlıq formasının dəyişdirilməsinin Ukrayna, Filippin, Pakistan, Tunis, Livan, Kolumbiya və Vyetnam kimi ölkələrə təsir edəcəyi gözlənilir.

M.Malveyninin sözlərinə görə, hərbi yardım formatı ABŞ-ın Yaxın Şərqdəki iki əsas müttəfiqi - İsrail və Misir üçün dəyişilməz qalacaq.

Son xəbərlər

Orphus sistemi