Yuxarı
    Bağlamaq

    Ağ Ev bəzi xarici ölkələrə hərbi yardım proqramını kreditlərlə əvəzləmək niyyətindədir

    Dəyişikliyin Ukrayna, Filippin, Pakistan, Tunis, Livan, Kolumbiya və Vyetnam kimi ölkələrə təsir edəcəyi gözlənilir© Report.az

    Bakı. 23 may. REPORT.AZ/ ABŞ-ın yeni büdcə layihəsində bir sıra xarici ölkələrə əvəzsiz hərbi yardım proqramlarının kreditlərin verilməsi ilə əvəzlənməsi nəzərdə tutulub.

    "Report" xəbər verir ki, bu barədə ABŞ administrasiyasının inzibati-büdcə idarəsinin direktoru Mik Malveyni bildirib.

    Vaşinqtonun hərbi əməkdaşlıq formasının dəyişdirilməsinin Ukrayna, Filippin, Pakistan, Tunis, Livan, Kolumbiya və Vyetnam kimi ölkələrə təsir edəcəyi gözlənilir.

    M.Malveyninin sözlərinə görə, hərbi yardım formatı ABŞ-ın Yaxın Şərqdəki iki əsas müttəfiqi - İsrail və Misir üçün dəyişilməz qalacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi