Yuxarı

Afinada mitinq zamanı Yunanıstan telekanalının çəkiliş qrupuna hücum olub

​Afinada mitinqçilər yerli telekanalın çəkiliş qrupuna hücum ediblər

Bakı. 21 yanvar. REPORT.AZ/ Afinada mitinq zamanı ekstremist qüvvələr Yunanıstanın ERT ictimai televiziyasının çəkiliş qrupuna hücum ediblər. Nəticədə hadisələri işıqlandıran teleoperator yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə telekanalın bəyanatında deyilir.

"ERT demokratiya və mətbuat azadlığına birbaşa zərbə olan zorakı hücumu şiddətlə qınayır. ERT əməkdaşları bundan qorxan deyillər. Əksinə, bu, onların Yunanıstan vətəndaşlarına həqiqi və plüralist məlumatlar çatdırmaq istəklərini daha da artırır", - deyə məlumatda bildirilir.

Bazar günü Afinada 60 min nəfərdən çox insan iştirakı ilə mitinq keçirilib. Mitinqçilər keçmiş Yuqoslaviya respublikası Makedoniyanın yeni konstitusiya adı barədə Skopye ilə imzalanan sazişə qarşı çıxıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi